NAXÇIVAN :

29 Noyabr 2024, Cümə

Naxçıvanda ilk dəfə olaraq şagird sayı 150-dək olan təhsil müəssisələrində vakant olan direktor vəzifəsi üçün müsahibə mərhələsinə başlanılıb

...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən  Naxçıvanda ilk dəfə olaraq şagird sayı 150-dək olan təhsil müəssisələrində  vakant olan  direktor vəzifəsi üçün  müsahibə mərhələsinə başlanılıb. 
Naxçıvan STEAM Təlim- Tədris Mərkəzində keçirilən  müsahibə mərhələsində video-çəkiliş təmin edilməklə  namizədlərin  vəzifə üzrə nəzəri bilikləri,  idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri  hər meyar üzrə 5 ballıq şkala əsasında qiymətləndirilir.  Qeyd edək ki, müsahibə mərhələsi iki gün- 15-16 oktyabr tarixləri əhatə edəcək. 

 Məlumat üçün bildirək  ki, vakant vəzifələr üzrə  21-28 avqust tarixlərdə aparılan sənəd qəbulunda 13 direktor vəzifəsi üçün 50-yə yaxın namizəd sənəd verib.

Nəşr edilib : 15.10.2024 13:18