DTX: Beynəlxalq kibercinayətkar şəbəkələrin ölkəmi...
19:27 10.08.2026
0
0
0
NAXÇIVAN :
10 Avqust 2026, Bazar ertəsi
Naxçıvan şəhərində ictimai nəqliyyat xidmətlərinin müasir tələblərə uyğun təşkili istiqamətində hazırlıq işləri davam etdirilir.
“Şərq qapısı” xəbər verir ki, AZCON Holding şirkətlərindən olan “BakuBus” MMC tərəfindən Naxçıvan şəhərində sərnişindaşıma xidmətlərinin təşkili çərçivəsində istifadə olunacaq “CityCard” ödəniş kartlarının satışı “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC-nin Naxçıvan şəhərindəki bütün poçt filiallarında və MMC-nin şəhərin Heydər Əliyev prospektində, Əziz Əliyev, İstiqlal, Mirzə Ələkbər Sabir küçələrində yerləşən qəzet köşklərində, həmçinin Babək rayonun Babək şəhərində, Qoşadizə, Şıxmahmud, Xəlilli, Şəkərabad kəndlərindəki poçt bölmələrində həyata keçirilir. Sakinlər ödəniş kartlarının balansının artırılmasını qeyd olunan həmin ünvanlarda və MilliÖn terminallarında həyata keçirə bilərlər.
“CityCard”ın satış qiyməti 3 manatdır.
Yeni sistemin tətbiqi ilə Naxçıvan şəhərində elektriklə işləyən avtobuslarından istifadə edən sərnişinlər gediş haqqını “CityCard” vasitəsilə ödəməklə yanaşı, istənilən bank kartından, həmçinin “Google Pay” və “Apple Pay” mobil ödəniş xidmətlərindən yararlana biləcəklər.
Bundan əlavə, “BakıKart” mobil tətbiqi vasitəsilə “CityCard”ın balansını onlayn artırmaq və QR kodla gediş haqqını ödəmək mümkün olacaq.
“CityCard”ların “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC-nin müvafiq poçt bölmələrində və qəzet köşklərində satışa çıxarılması şəhər sakinlərinin yeni ödəniş sisteminə daha rahat çıxışını təmin edəcəkdir.
Digər xəbərlər