NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Naxçıvanda hərrac vasitəsilə torpaq sahələri mülkiyyətə və icarəyə verilib

...

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə və icarəyə verilməsi ilə bağlı növbəti hərrac keçirilib.
Əmlak Məsələləri Dövlət Xidmətinin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, qeydiyyatdan keçən 8 sifarişçi muxtar respublikanın 4 bələdiyyəsinə məxsus 2 torpaq sahəsinin mülkiyyətə, 2 torpaq sahəsinin isə icarəyə verilməsi ilə əlaqədar keçirilən hərracda iştirak edib. 
Xatırladaq ki, cari ilin ötən dövrü ərzində bələdiyyə mülkiyyətində olan 38 torpaq sahəsi mülkiyyətə, 14 torpaq sahəsi isə sahibkarlıq məqsədi  ilə icarəyə verilib.

Nəşr edilib : 16.09.2024 10:23