NAXÇIVAN :

16 Aprel 2025, Çərşənbə

Naxçıvanda əmək bazarı və sosial müdafiə sahəsində aparılan islahatlar müzakirə edilib

...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərlinin başçılıq etdiyi nümayəndə heyətinin iştirakı ilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əmək bazarı və sosial müdafiə sahəsində aparılan islahatlara dair müzakirə keçirilib.

Naxçıvan muxtar respublikası  əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Fərid Bağırzadə ölkəmizin əmək bazarında inkişaf meyillərinin davam etdiyini, əmək bazarının inkişafına yönələn işlərdə Milli Observatoriya ilə koordinasiyalı fəaliyyətin əhəmiyyətini vurğulayıb.

Milli Observatoriyanın sorğu-monitorinq, təhlil-tədqiqat, qiymətləndirmə və təlim-inkişaf istiqamətləri üzrə gördüyü işlərin önəmi qeyd edilib.

Elnur Səfərli Naxçıvanda əmək bazarının sistemli şəkildə təhlil edilməsinin və əldə edilən nəticələrin strateji planlamada nəzərə alınmasının əhəmiyyətini diqqətə çatdırıb. O, qarşıdakı dövrdə əməkdaşlığın daha da genişləşdirilməsi üçün Observatoriya tərəfindən müvafiq işlərin aparılacağını bildirib.

Görüşdə gələcəkdə görülməsi planlaşdırılan işlərin miqyasını və istiqamətini müəyyən etmək üçün birgə fəaliyyət planının hazırlanmasının vacibliyi diqqətə çatdırılıb, əmək bazarının cari vəziyyəti, sosial müdafiə siyasətinin gələcək istiqamətləri və iki qurum arasındakı əməkdaşlıq perspektivləri müzakirə olunub.

 

Nəşr edilib : 16.04.2025 11:39