NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Naxçıvanda ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş söhbət mərhələsinin nəticələri açıqlanıb

...

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin yerli icra və probasiya qurumlarında vakant olan icra məmuru vəzifələrinə qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanından uğur qazanmış namizədlərlə fərdi qaydada keçirilmiş söhbət mərhələsi yekunlaşıb.
Bu mərhələdə iştirak etmiş 10 namizəddən zəruri keçid balı toplamış 8 nəfərin “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunmaları barədə qərar qəbul edilib. 
İcbari təlimin yekunları üzrə imtahandan uğurla keçən namizədlər peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə alaraq ədliyyə orqanlarına qulluğa qəbul olunacaqlar.

Nəşr edilib : 26.09.2024 09:39