NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Naxçıvanda Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub

...

Azərbaycanda Ədliyyə orqanlarının yaranmasının 106-cı ildönümü və Ümummilli Lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində də geniş qeyd olunub.
"Şərq qapısı" xəbər verir ki, təsis edildiyi vaxtdan 25 ildir ki, peşə bayramlarını iftixar hissi ilə qeyd edən ədliyyə işçiləri əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri düzüb, ədliyyə strukturunun təkmilləşdirilməsində böyük xidmətlər göstərən dahi şəxsiyyətə böyük ehtiramlarını ifadə ediblər, Ulu Öndərin adını daşıyan muzeydə onun həyat və yaradıcılığını əks etdirən zəngin eksponatlarla tanış olublar.
Azərbaycanda ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi var. Ulu Öndərin qayğısı ilə təkmil bir struktur kimi formalaşaraq inkişaf edən ədliyyə sistemi  möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan mütərəqqi hüquq islahatları çərçivəsində təkmilləşir və yeni-yeni nailiyyətlərə imza atır.
Ədliyyə işçiləri uğurla həyata keçirilən dövlətçilik amallarına daim sadiq qalaraq ölkəmizin hərtərəfli tərəqqisi naminə üzərlərinə düşən vəzifələri bundan sonra da böyük məsuliyyət və şərəflə yerinə yetirəcəklər.

Nəşr edilib : 22.11.2024 17:51