NAXÇIVAN :

03 May 2026, Bazar

Naxçıvanda Duz Muzeyi ləğv olundu - Rəsmi açıqlama

...

 "Şərq qapısı" Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin verdiyi məlumata istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  2017-ci il 12 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Duz Muzeyi yaradılmışdır. Muzeyin əvvəllər "Duzdağ" otelində ayrılmış bir ekspozisiya zalı və iki xidmət otağı olmuş, burada gələn qonaqlara xidmət göstərilmişdir. 2023-cü ildə "Duzdağ" otelinin balanssaxlayıcısı dəyişdiyindən muzey oradan “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə köçürülmüşdür. 
Muzeydə olan 138 ədəd eksponatın böyük hissəsi duz materialından hazırlanmışdır. 
Qeyd edək ki,  muzeyin eksponatları Naxçıvan Dövlət Tarix Muzeyinə veriləcək və orada yaradılacaq guşədə nümayiş etdiriləcəkdir. Naxçıvan Dövlət Tarix Muzeyi xalqımızın tarixinin, mədəniyyətinin, yeraltı və yerüstü sərvətlərinin nümayiş edildiyi, həmçinin daha çox yerli və əcnəbi ziyarətçilərin gəldiyi muzeydir. Bu səbəbdən ləğv edilmiş Naxçıvan Duz Muzeyinin fondunda olan eksponatların muzeyin fonduna verilməsi qərara alınmışdır.

Nəşr edilib : 11.11.2025 14:42