NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Naxçıvanda “DƏSTƏK” Fondu tərəfindən bu ilin yanvar-avqust aylarında 778 min 570 manat vəsait xərclənib

...

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların, şəhid ailələrinin və müharibə veteranlarının təminatına dəstək məqsədilə yaradılmış “DƏSTƏK” Fondu tərəfindən 2024-cü ilin yanvar-avqust ayları ərzində 778.570 manat vəsait xərclənib.

Qeyd olunan dövr üzrə Fondun xərc istiqamətləri aşağıdakı kimi olub: 

Müalicə və psixoloji dəstək istiqaməti üzrə - 85 nəfərə 91 905 manat;

Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə - 188 nəfərə 481 330 manat;

Borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə- 20 nəfərə 165 902 manat;

Təhsil haqqının ödənilməsi istiqaməti üzrə- 1 nəfərə 3 400 manat;

Digər istiqamətlər üzrə -36 033 manat.

Nəşr edilib : 14.09.2024 18:46