Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haq...
11:25 23.09.2026
0
0
0
Naxçıvanda vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə pul vəsaitlərini mənimsəyən şəxs saxlanılıb.
Keçirilən tədbirlərlə bir neçə şəxsə onların övladlarının müxtəlif idman normativlərindən uğurla keçməsinə köməklik göstərə biləcəyini vəd edərək aldadan Əmrah Nağıyev polis əməkdaşları tərəfindən saxlanılıb.
"Şərq qapısı"nın əldə etdiyi məlumata görə, araşdırmalarla onun müxtəlif vətəndaşları eyni üsulla aldadaraq onlardan, ümumilikdə, 10 min manata yaxın pul vəsaiti aldığı müəyyən edilib.
Faktla bağlı Naxçıvan MR Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda şəxsin digər analoji əməllərinin olub-olmaması və dələduzluqdan zərərçəkənlərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Digər xəbərlər