NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Naxçıvanda dələduzluq edən şəxs saxlanılıb

...

Daxil olan müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 40-a yaxın şəxsi aldadaraq, ümumilikdə, 35000 manat vəsaiti ələ keçirən, Naxçıvan şəhər sakini, 37 yaşlı Mürsəl Nuriyev  saxlanılıb.
Onun sosial şəbəkələrdə ev alqı-satqısı adı ilə səhifələr yaratdığı və mənzil almaq üçün ipoteka prosesində kömək edəcəyi vədi ilə  vətəndaşları aldatdığı müəyyən edilib. 
Faktla bağlı Naxçıvan Muxtar Respublikası DİN-in İstintaq və Təhqiqat  İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanan cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. 
M.Nuriyevin əməllərindən zərər çəkmiş digər şəxslər varsa bu barədə polis orqanlarına məlumat vermələri xahiş olunur.

Nəşr edilib : 30.08.2025 09:14