Naxçıvanda sertifikatlaşdırma imtahanında 352 müəl...
21:55 02.05.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində cəzaçəkən məhkumların tibbi müayinələri həyata keçirilib.
Müayinələr çərçivəsində məhkumların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə nevroloji, kardioloji, stomatoloji, terapevtik, laborator və digər sahələr üzrə xidmətlər göstərilmiş, hər bir məhkumun tibbi göstəriciləri ətraflı şəkildə yoxlanılıb.
Qeyd edək ki, aparılan müayinələr məhkumların sağlamlıq durumuna operativ nəzarətin təmin edilməsi və vaxtında profilaktik tədbirlərin görülməsi məqsədi daşıyır.
Digər xəbərlər