NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Naxçıvanda avtomobil piyadanı vurub

...

"Şərq qapısı" xəbər verir ki, hadisə şəhərin Həsən Əliyev küçəsində baş verib. Avtomobil yolu qarşı tərəfə keçən 1950-ci il təvəllüdlü Kazımova Səyyarə Kazım qızını vurub. Xəsarət alan S.Kazımova Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 18.04.2026 17:33