NAXÇIVAN :

12 Avqust 2026, Çərşənbə

Naxçıvanda avtobus marşrutlarında dəyişiklik: hərəkət hansı istiqamətlər üzrə olacaq?

...

Naxçıvan şəhərində ictimai nəqliyyatın yenilənməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində bu gündən etibarən “BakuBus” MMC tərəfindən şəhər və ətraf yaşayış məntəqələri üzrə 9 marşrut xəttində sərnişindaşıma xidmətinə başlanılıb. Yeni marşrutların tətbiqi ilə yanaşı, bəzi istiqamətlər üzrə hərəkət sxemlərində də dəyişikliklər edilib.
Yeni marşrut xətləri və onların hərəkət istiqamətləri barədə “Şərq qapısı” qəzetinə müsahibəsində Naxçıvan Avtobus Parkının rəhbəri Həsrət Mahmudov məlumat verib.
O bildirib ki, yeni marşrut xətləri sərnişinlərin şəhərdaxili və şəhərətrafı istiqamətlərdə rahat hərəkətinin təmin olunması, eləcə də mövcud nəqliyyat şəbəkəsinin optimallaşdırılması məqsədilə müəyyənləşdirilib.
Qeyd edək ki, 1 nömrəli marşrut xətti Əliabad qəsəbəsi ilə Yeni Naxçıvan yaşayış massivini, 2 nömrəli marşrut xətti Tumbul kəndi ilə Əyləncə adasını birləşdirir. 3 nömrəli marşrut xətti Olimpiya İdman Kompleksi istiqamətində dairəvi hərəkəti təmin edir.
4 nömrəli marşrut xətti “Araz” İstehsalat Birliyi ilə Əliabad qəsəbəsi, 5 nömrəli marşrut xətti Elektrik yarımstansiyası ilə Xalçaçılıq fabriki arasında hərəkət edir. 6 nömrəli marşrut xətti Babək şəhəri ilə Zəfər parkını, 7 və 8 nömrəli marşrut xətləri isə müvafiq olaraq Qaraçuq və Xəlilli kəndlərini “Cahan” Ticarət Mərkəzi ilə əlaqələndirir.
9 nömrəli marşrut xətti isə Daşınmaz Əmlak Məsələləri üzrə Dövlət Xidməti ilə Dövlət Yanğından Mühafizə İdarəsi arasında sərnişindaşımanı həyata keçirir.
Həsrət Mahmudovun sözlərinə görə, yeni marşrutların fəaliyyətə başlaması ilə sərnişinlərin gündəlik gediş-gəliş imkanlarının genişləndirilməsi və ictimai nəqliyyatda xidmət səviyyəsinin yüksəldilməsi nəzərdə tutulur.

🚌 1 nömrə - Əliabad qəsəbəsi ↔️ Yeni Naxçıvan yaşayış massivi

🚌 2 nömrə - Tumbul kəndi ↔️ Əyləncə adası

🚌 3 nömrə- Olimpiya İdman Kompleksi (dairəvi) 🔁

🚌 4 nömrə - “Araz” İstehsalat Birliyi ↔️ Əliabad qəsəbəsi

🚌 5 nömrə - Elektrik yarımstansiyası ↔️ Xalçaçılıq fabriki

🚌 6 nömrə - Babək şəhəri ↔️ Zəfər parkı

🚌 7 nömrə - Qaraçuq kəndi ↔️ “Cahan” ticarət mərkəzi

🚌 8 nömrə - Xəlilli kəndi ↔️ “Cahan” ticarət mərkəzi

🚌 9  nömrə - Daşınmaz Əmlak Məsələləri üzrə Dövlət Xidməti ↔️ Dövlət Yanğından Mühafizə İdarəsi

Zəhra VƏLİYEVA

Nəşr edilib : 12.08.2026 17:18