NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Naxçıvanda aprel ayında keçiriləcək vətəndaş qəbullarının qrafiki açıqlanıb

...

Naxçıvan Muxtar Respublikasında vətəndaş müraciətlərinin yerində və operativ şəkildə dinlənilməsi məqsədilə 2026-cı ilin aprel ayında mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaş qəbulları təşkil olunacaq.

"Şərq qapısı" xəbər verir ki, qəbul günlərində cədvəldə qeyd olunan sahələr üzrə məsul şəxslər vətəndaşların müraciətlərini dinləyəcək, qaldırılan məsələlərin operativ həlli istiqamətində müvafiq tədbirlər görüləcək.

Qəbul tədbirləri müəyyən edilmiş günlərdə saat 11:00-da başlayacaq. Qəbul qrafiki ilə vətəndaşlar əvvəlcədən tanış olaraq onları maraqlandıran məsələlərlə bağlı aidiyyəti üzrə müraciət edə bilərlər.

Nəşr edilib : 16.03.2026 15:11