NAXÇIVAN :

02 May 2026, Şənbə

Naxçıvanda ağır qəza olub, ölən və xəsarət alanlar var

...

Naxçıvanda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
"Şərq qapısı" xəbər verir ki, hadisə Naxçıvan-Şahbuz magistralında qeydə alınıb. 67-BG-445 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilin aşması nəticəsində 1 nəfər – 1990-cı il təvəllüdlü Əliyev Nurlan İslam oğlu dünyasını dəyişib. Avtomobildə olan 2001-ci il təvəllüdlü Məhərrəmov Vəli Əli oğlu, 1996-cı il təvəllüdlü Abbasov Elvin İbrahim oğlu və 1998-ci il təvəllüdlü Abbasov Elçin Məmməd oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanlardan Elçin Abbasovun vəziyyəti ağırdır.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 27.04.2026 02:09