Bu günün valyuta məzənnələri
09:10 20.05.2026
0
0
0
İlin ilk 4 ayında Naxçıvanda kənd təsərrüfatı məhsulu istehsalı üzrə müsbət dinamika müşahidə olunmuşdur. Belə ki, 2026-cı ilin yanvar-aprel aylarında kənd təsərrüfatı məhsulu istehsalının həcmi 63,4 milyon manat təşkil etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz artım deməkdir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, bu göstəricinin 4,4 milyon manatı bitkiçilik, 59,0 milyon manatı isə heyvandarlıq sahəsinin payına düşmüşdür.
Digər xəbərlər