Azərbaycanın xarici işlər nazirinin müavini İslam ...
21:39 27.08.2026
0
0
0
“Qarabağ” UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.
"Şərq qapısı" xəbər verir ki, Ağdam təmsilçisi pley-off mərhələsinin cavab oyununda Bakıda Niderlandın “Tvente” komandasına 1:4 hesabı ilə uduzub.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdə hesabı 59-cu dəqiqədə Azərbaycan təmsilçisinin yarımmüdafiəçisi Kadi Borges açıb. Buna baxmayaraq, 2 qol vuran “Tvente” matçın əlavə vaxta getməsinə nail olub. Qonaqların heyətində Marko Pyatsa (79) və Maks Brüns (90+2) fərqləniblər. Əlavə vaxtda daha 2 dəfə “Qarabağ”ın qapısına yol tapan Ensxede təmsilçisi yekun hesabı müəyyənləşdirib. Bu dəfə Vaut Veqorst (94) və Yunes Taha (114) adlarını tabloya yazdırıblar.
Matçın 106-cı dəqiqəsində Ağdam klubunun futbolçusu Marko Yankoviç ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Beləliklə, ilk görüşdə 1:0 hesablı qələbəyə baxmayaraq, evdə böyük hesabla uduzan “Qarabağ” avrokuboklarla vidalaşıb. “Tvente” isə UEFA Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
Digər xəbərlər