NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Naxçıvanda 2547 daşınmaz əmlak qeydiyyata alınıb

...

2026-cı ilin yanvar-mart ayları ərzində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən 2547 daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydiyyata alınıb. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə artım 14,8 faiz olub.
Qeydiyyata alınan əmlaklardan 1080-i torpaq sahəsi, 981-i fərdi yaşayış və bağ evi, 306-sı mənzil, 87-si qeyri-yaşayış binası, 90-ı qeyri-yaşayış sahəsi, 3-ü isə əmlak kompleksidir.
Cari ilin ötən dövründə daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərindən, ümumilikdə, 543 min manat xidmət haqqı toplanıb. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 22 min manat və ya 4,3 faiz artım deməkdir.

Nəşr edilib : 16.04.2026 12:14