Azərbaycan Ordusunda psixoloqlarla görüş keçirilib...
19:54 17.05.2025
0
0
0
Mayın 17-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsil İnstitutu tərəfindən ölkə, o cümlədən Naxçıvan Muxtar Respublikasında IV siniflər üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin şagirdləri üçün monitorinq təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, Naxçıvanda 18 mərkəzdə təşkil olunan monitorinqdə 4800-dən çox şagird iştirak edib.
Monitorinqdə şagirdlərə tədris dili fənni üzrə 30 qapalı, riyaziyyat fənni üzrə 25 qapalı və 5 açıq sual olmaqla ümumilikdə 60 sual təqdim olunub və sualları cavablandırmaq üçün 150 dəqiqə vaxt ayrılıb.
Qeyd edək ki, monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirməkdir.
Digər xəbərlər