Naxçıvan Muxtar Respublikasında 22 noyabra olan ha...
23:23 21.11.2024
0
0
0
2025-ci ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 320,5 milyon manatı və yaxud 0,8 %-i Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiyanın payına düşəcək.
"Şərq qapısı" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 4,8 % azdır.
Naxçıvana dotasiya ümumi dövlət xidməti xərclərinin 6,1 %-ni təşkil edəcək.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.
Digər xəbərlər