NAXÇIVAN :

18 Oktyabr 2024, Cümə

Naxçıvana dolu düşəcək, yağıntıların sulu qara keçəcəyi ehtimali var

...

Naxçıvan Muxtar Respublikasi Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Şərq qapısı"-na verilən məlumata görə, oktyabrın 20-dək Naxçıvan Muxtar Respublikası ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə yağıntıların sulu qara keçəcəyi ehtimali var. 5-10m/san sürətlə qərb küləyi əsəcək, arabir bəzi yerlərdə güclənəcək. Temperatur ötən günlərlə müqayisədə aşağı düşəcək, gündüz 17-22 dərəcə, gecə isə  6-11 dərəcə olacaq.

Nəşr edilib : 18.10.2024 10:36