Экспорт автономной республики вырос на 38,5 процен...
13:02 21.04.2026
0
0
0
"Naxçıvan Təlim Mərkəzi" publik hüquqi şəxsi və "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən peşəkar montaj təlimləri uğurla yekunlaşıb.
Avqustun 22-dək davam edən 18 günlük intensiv proqramda, ümumilikdə, 26 nəfər montajçı və qrafikaçı iştirak edib. Təlim müddətində iştirakçılara müasir montaj prosesinin bütün mərhələləri, peşəkar proqramlarda effektiv işləmə üsulları, rəng korreksiyası, vizual effektlərin tətbiqi, süni intellekt texnologiyalarının montaj işlərinə inteqrasiyası, qrafik elementlərin yaradılması və işlənməsi barədə biliklər təqdim olunub.
Sessiyalar fərdi yanaşma prinsipi əsasında təşkil olunub ki, bu da hər bir iştirakçının mövcud bacarıqlarına uyğun inkişaf planı üzrə tədris almasına və öyrəndiklərini dərhal praktikada tətbiq etməsinə şərait yaradıb.
Təlimlərin əsas məqsədi televiziyanın texniki və yaradıcı heyətinin biliklərini günün tələblərinə uyğunlaşdırmaq, efir keyfiyyətini yüksəltmək və vizual məzmun istehsalında innovativ yanaşmaları təşviq etmək olub
Digər xəbərlər