NAXÇIVAN :

06 Yanvar 2025, Bazar ertəsi

Naxçıvan təhsili yeni uğurlarla yadda qaldı

...

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü yalnız tarixi təbliğ edən bir gün deyil, həm də gələcək nəsillərin qarşısında duran vəzifələri ifadə edir. Azərbaycan xalqı müstəqil və qüdrətli bir dövlət olaraq hər zaman birliyinə və milli maraqlarına sadiq qalmağı ilə tanınıb. Bu günün qeyd edilməsi Azərbaycanın gələcəkdə dünya miqyasında daha güclü bir mövqeyə sahib olacağına olan inamı möhkəmləndirir.
Azərbaycanın inkişafı və milli birliyin gücləndirilməsi daha çox əməkdaşlıq tələb edir. Diasporumuzun gücləndirilmiş    fəaliyyəti sayəsində həmrəylik daha geniş bir çərçivəyə yayılacaq və Azərbaycan xalqının dünya səhnəsindəki təsiri artacaq. Bu baxımdan Azərbaycan dövləti intellektual, dünyagörüşlü, təhsilli gənclərin potensial imkanlarından faydalanmağı qarşıya vəzifə kimi qoyub. Bu məqsədlə elmin, təhsilin inkişaf etdirilməsi prioritet hədəflərdəndir. Vahid konsepsiya əsasında həyata keçirilən işlərin nəticəsidir ki, 2024-cü il həm də Azərbaycan təhsili üçün uğurlu oldu. Xüsusilə də işğaldan azad olunan torpaqlarımızda bütün sahələrlə yanaşı, təhsildə də dirçəliş prosesləri əhəmiyyətli dərəcədə nəzərə çarpdı. Prezident cənab İlham Əliyev uzun illərdən sonra qapılarını gənclərin üzünə açan Xankəndidəki Qarabağ Universitetinin açılışında iştirak etdi, müəllim və tələbələr üçün gələcək hədəfləri açıqladı. Başa vurduğumuz ildə Naxçıvan təhsili də yeni uğurlara imza atdı, şagirdlərimiz beynəlxalq yarışlarda, fənn olimpiadalarında nailiyyətlər əldə etdilər. Əminik ki, növbəti ildə qazandıqlarımız daha çox olacaq. 

Sevinc HƏSƏNOVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

 

Nəşr edilib : 31.12.2024 14:26