Bu tədbir Azərbaycan milli Mətbuatının 150 illiyi ...
23:26 30.05.2025
0
0
0
NAXÇIVAN :
31 May 2025, Şənbə
C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı iyun ayından etibarən tamaşa, konsert və digər tədbirlərə biletlərin həm iticket.az platforması vasitəsilə onlayn, həm də teatrın kassası vasitəsilə birbaşa satışına başlayır. Bu yenilik tamaşaçılara daha rahat, çevik və təhlükəsiz xidmət göstərilməsi məqsədi daşıyır.
Artıq tamaşaçılar sevdikləri tamaşalara bilet əldə etmək üçün heç bir növbə gözləmədən və heç bir yerə getmədən tamaşadan 1 həftə öncə biletini onlayn qaydada əldə edə biləcəklər. Üstəlik, öz sıra və oturacaq yerlərini də seçim imkanı ilə!
Yeni sistemin tətbiqi teatrsevərlərin məmnunluğunu artırmaqla yanaşı, müasir texnologiyaların mədəniyyət sahəsində daha geniş tətbiqinə dəstək verir.
iticket.az saytından onlayn bilet əldə etmək üçün, sadəcə, bu addımları izləyin:
1. www.iticket.az saytına daxil olun.
2. Axtarış bölməsinə "Naxçıvan Dövlət Milli Dram Teatrı" yazın və istədiyiniz tamaşanı seçin.
3. Açılan səhifədə tamaşanın tarixi və saatı ilə tanış olun.
4. Zalda mövcud yerlərdən istədiyinizi seçin.
5. Biletləri səbətə əlavə edərək "Alış-verişə davam et" düyməsinə klikləyin.
6. Telefon nömrənizi və e-poçt ünvanınızı daxil edərək ödəmə bölməsinə keçin.
7. Ödənişi tamamladıqdan sonra biletlər elektron şəkildə sizə göndəriləcək.
Əlavə məlumat üçün Naxçıvan Dövlət Milli Dram Teatrının rəsmi sosial media hesablarını izləyə və iticket.az platformasına müraciət edə bilərsiniz.
Digər xəbərlər