NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Naxçıvan şəhərinin ümumtəhsil məktəblərinə yeni direktor müavinləri təyin olunub

...

Oktyabrın 1-də Naxçıvan şəhər 7, 9 nömrəli tam orta məktəblərə təlim-tərbiyyə üzrə direktor müavinləri, 13 nömrəli tam orta məktəbə isə məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə direktor müavini  təyin olunub. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən müvafiq əmr imzalanıb.
Qeyd edək ki, ümumtəhsil məktəblərinə yeni təyin olunan direktor müavinləri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən  11-15 mart 2024-cü il tarixlərdə  ümumi təhsil müəssisələrində vakant olan direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə keçirilən işə qəbul müsabiqəsində uğur qazanaraq ehtiyat kadr siyahısına daxil edilən namizədlərdir.

Nəşr edilib : 02.10.2024 10:23