Azərbaycan və Yəmən XİN başçıları əməkdaşlıq persp...
22:19 11.04.2025
0
0
0
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən Naxçıvan şəhərinin ümumi təhsil müəssisələrində imtahanlar təşkil olunub.
“Şərq qapısı” xəbər verir ki, imtahanlar əvvəlki il məzunları üçün qəbul imtahanı, mart ayında keçirilən buraxılış imtahanında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün, tam orta təhsil səviyyəsi üzrə eksternat qaydasında təhsil sənədi almaq istəyənlər və müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari il məzunları üçün əlavə xarici dil imtahanı keçirilib. İmtahan Naxçıvan şəhərinin 5 ümumi təhsil müəssəsinin binasında keçirilib. İmtahanda, ümumilikdə, 1543 nəfər iştirak edib. İmtahanın idarə olunmasına 19 imtahan rəhbəri, 164 nəzarətçi cəlb olunub.
Qeyd edək ki, imtahan saat 11:00-da başlanıb və 3 saat davam edib.
Digər xəbərlər