NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Naxçıvan şəhərinin bir sıra ərazilərində qaz təchizatında fasilələr olacaq

...

Sabah Naxçıvan şəhərinin bir sıra ərazilərində mavi yanacağın verilişində fasilələr yaranacaq.
Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, oktyabrın 1-i saat 14:00-dan 16:00-dək təmir işləri ilə əlaqədar şəhərin Ə.Əliyev küçəsi, 11, 20, 21-ci, Xətai, Qoçüstü, Çənlibel məhəlləri, Dövlət Vergi Xidməti, Naxçıvan Şəhər Məhkəməsi, Naxçıvan Şəhər Prokurorluğu, Miqrasiya baş idarəsi, Cahan bazarı, Naxçıvan Şəhər Maliyyə idarəsi və Naxçıvan Sağlamlıq Mərkəzində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Nəşr edilib : 30.09.2024 21:15