NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Naxçıvan şəhərinin bəzi ərazilərində içməli su təchizatı dayandırılacaq

...

Martın 5-də Naxçıvan şəhərində magistral su xəttində təmir-bərpa işləri aparılacaq.

"Şərq qapısı" xəbər verir ki, bu səbəbdən şəhərin S.Vurğun, N.Naxçıvani, H.Aslanov, Z.Əliyeva, Ə.Qəmküsar, 10 və 11-ci küçələri, Atabəylər, Babək, Əlincə, Azərbaycan, 6, 54, 56, 58, 60, 61-ci məhəllələr, Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərinin içməli su təchizatında müvəqqəti fasilə yaranacaq.

 İşlər yekunlaşdıqdan sonra suyun əvvəlki rejimlə verilişi bərpa ediləcək.

Nəşr edilib : 03.03.2026 14:34