NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində müasir havalandırma, yanğın təhlükəsizliyi və siqnalizasiya sistemləri qurulacaq

...

Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Muzeyində müasir havalandırma, yanğın təhlükəsizliyi və siqnalizasiya sistemlərinin quraşdırılması nəzərdə tutulur. Artıq bununla bağlı Naxçıvan MR Mədəniyyət Nazirliyi tərəfindən satınalma işlərinə başlanılmış, açıq tender elan edilmişdir.

Eyni zamanda muzeyin və Naxçıvan Dövlət Milli Dram Teatrının qarşısındakı parkda da tikinti işlərinə başlanacaq, müasir işıqlandırma sistemləri qurulacaqdır.

Bu istiqamətdə artıq kotirovka sorğusu keçirilib və layihələndirmə işlərinə start verilib.

 

 

 

Nəşr edilib : 15.09.2024 16:40