NAXÇIVAN :

24 Noyabr 2024, Bazar

Naxçıvan şəhərində Zəfər Günü ilə bağlı bayram tədbiri keçirilib

...

"Şərq qapısı" xəbər verir ki, Gənclər və İdman Nazirliyi tərəfindən "Gənclik" Mərkəzində təşkil olunan tədbirdə gənclərlə yanaşı, hərbçilər, güc strukturlarının əməkdaşları, müəllimlər, kursantlar, tələbə və məktəblilər, o cümlədən idmançılar iştirak ediblər. Tədbirdə Naxçıvan Dövlət Filormaniyasının üzvləri konsert proqramı ilə çıxış edib. 

Tədbirin əvvəlində müstəqil Azərbaycanın qurucusu Ümummilli Liderimiz Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.  

Tədbirdə çıxış edən nazirliyin şöbə müdiri İlahə Haqverdiyeva çıxış edərək 44 günlük Vətən müharibəsindən və tarixi Zəfərin qəhrəmanlarından bəhs edib. Müzəffər ölkə rəhbəri kimi İlham Əliyev strategiyasının, xalq iradəsinin möhtəşəm təcəllası, qəhrəman Azərbaycan oğlunun şəhidlik məramı kimi qəlbimizin ən dərin qatına yüksələn, zehnimizə hopan böyük Zəfər hekayəsinin hər zaman böyük iftixarla xatırlanacağı ifadə olunub. Gənclərin vətənpərvər ruhda tərbiyəsində Zəfər tariximiz və onun memarları olan qüdrətli şəxsiyyətlərimizin, qəhrəman əsgər və zabitlərimizin rolu xüsusi vurğulanıb.

Sonra incəsənət nümayəndələrinin təqdimatında konsert proqramı izlənilib. Tədbirdə nümayiş olunan “44 günlük Zəfər tariximiz” sənədli filmi auditoriya tərəfindən böyük maraqla izlənilib.

Nəşr edilib : 07.11.2024 18:08