Mehriban Ələkbərzadəyə MDB PA-nın Çingiz Aytmatov ...
12:38 23.11.2024
0
0
0
İlham Əliyev adına Olimpiya İdman Kompleksində muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında 18 oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş stolüstü tennis birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə reallaşan yarışa 12-si qız, 16-sı oğlan olmaqla, ümumilikdə 28 gənc qatılıb.
İlk üç yerin sahiblərinə diplom, medal və hədiyyələr təqdim olunub. Mükafatlandırma mərasimində gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov iştirak edib.
Nəticələrə gəlincə, Aysun Nağıyeva (NDTK) və Elsən Quliyev (NDU) birinciliyin qalibi olublar. Müvafiq ardıcıllıqla Lalə Musayeva (NDU) və Sədaqət Rəhimova (NDU), Elşən Qurbanovla (NMİ) Eldar Qulamov (Hərbi Kollec) isə oğlanlar arasında ilk üçlüyü tamamlayıblar.
Digər xəbərlər