Rumıniya mətbuatı Prezident İlham Əliyevin Çinə sə...
22:49 23.04.2025
0
0
0
Aprelin 23-də Naxçıvan Hərbi Kollecində Azərbaycan Respublikasının Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən hərbi institut, hərbi kolleclər və hərbi liseylərin tanıdılması, həmin müəssisələrə qəbulun təşviqi məqsədilə təbliğat tədbiri təşkil olunub.
“Şərq qapısı” xəbər verir ki, maarifləndirici görüşdə Naxçıvan şəhər məktəbliləri iştirak edib. Tədbirdə Naxçıvan Hərbi Kollecinin və Təhsil Nazirliyinin əməkdaşları tərəfindən şagirdlərə Milli Müdafiə Universitetinin strukturları, xüsusi təyinatlı təhsil müəssisələrinə elektron sənəd qəbulunun şərtləri, fakültələr, kursantlar üçün birdəfəlik, aylıq ödəmələr, imtiyazlar və digər vacib məsələlər barədə ətraflı məlumatlar verilib, videoçarx izlənilib, suallar cavablandırılıb.
Sonra Naxçıvan Hərbi Kollecində kursantlar üçün yaradılan şərait, təlim-tədris prosesi ilə əyani tanışlıq olub. Tədbirin əsas məqsədi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, gənc nəslin hərbi təhsilə marağının artırılması, eləcə də gələcək hərbi kadr ehtiyatının formalaşdırılması istiqamətində maarifləndirici işlərin aparılmasıdır.
Qeyd edək ki, aprelin 26-da Naxçıvan Hərbi Kollecində şagirdlər üçün “Açıq qapı” gününün təşkili nəzərdə tutulub.
Digər xəbərlər