Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma pro...
13:50 02.05.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Naxçıvan şəhərində əmək yarmarkası təşkil olunub.
Yarmarkada çıxış edən agentliyin İdarə Heyətinin sədri Rasim Piriyev bildirib ki, aktiv məşğulluq tədbirləri çərçivəsində təşkil olunan əmək yarmarkaları işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxışına və onların məşğulluğunun təmin olunmasına mühüm dəstək verir. O qeyd edib ki, əmək yarmarkası dövlət və özəl qurumların nümayəndələrinin ixtisaslı kadrlara olan ehtiyaclarının qısa zamanda ödənilməsi baxımından da faydalıdır.
Yarmarkada 40-dan çox özəl və dövlət müəssisəsindən, ümumilikdə, 200-ə yaxın vakansiya işsiz və işaxtaran vətəndaşlara təqdim olunub. Vakansiyalar üzrə müraciət edən şəxslərin işlə təmin olunması istiqamətində tədbirlər görülməyə başlanıb.
Bundan əlavə, tədbir zamanı işsiz və işaxtaran şəxslər agentlik tərəfindən icra olunan aktiv məşğulluq tədbirləri barədə də məlumat almaq imkanı əldə ediblər.
Digər xəbərlər