NAXÇIVAN :

19 Aprel 2025, Şənbə

Naxçıvan Qazısı yanında Şuranın sədri: "Cinsi zorakılıqda ittiham olunan şəxs din xadimi deyil"

...

"Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şura olaraq bildiririk ki, sosial şəbəkələrdə cinsi zorakılıqda təqsirləndirilən və Naxçıvan kəndlərindən birində mollalıq etdiyi bildirilən, 1940-cı il təvəllüdlü şəxsin guya molla və ya din xadimi olması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir".
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın sədri Əli Orucov deyib. O bildirib ki, həmin şəxs nə Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin, nə də Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın qeydiyyatında olan bir dini icmanın üzvüdür və dini fəaliyyətlə məşğul olmamışdır. Buna görə də onun din xadimi kimi təqdim olunması əsassızdır.

Nəşr edilib : 18.04.2025 17:20