Leyla Əliyeva Nayrobi tam orta məktəbində və tibb ...
18:30 21.12.2024
0
0
0
NAXÇIVAN :
21 Dekabr 2024, Şənbə
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi, 2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik” ili elan olunması və ölkəmizin COP29-a ev sahibliyi etməsi münasibətilə “Həsən Əliyev adına Zəngəzur Milli Parkı”nın Batabat yaylağı ərazisində keçirilən “Naxçıvanı yaşıl zonaya çevirək” adlı aksiyada Nazirlik və onun tabe qurumlarında çalışan 100-dən artıq əməkdaşın iştirak təmin edilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən aksiya Batabat ərazisində yerləşən gölün sahilində və ətraf ərazidə təşkil edilib. Aksiya zamanı zəruri sanitar ləvazimatlarla təchiz edilmiş iştirakçılar ərazini külli miqdarda tullantıdan, xüsusən də davamlı zərərə səbəb olan plastik tullantılardan təmizləyiblər.
Tədbirin əsas məqsədi cəmiyyət tərəfindən ətraf mühitin təmizliyinə riayət olunmasını təbliğ etmək, ölkənin biomüxtəlifliyində xüsusi rola malik ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və insanları təbiətin mühafizəsi uğrunda səylər göstərməyə cəlb etməkdir.
Təmizlik aksiyasından sonra Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin musiqi terapiyası bölməsinin benefisiarlarından ibarət “Ümid” mahnı və rəqs ansambılının təqdimatında konsert proqramı baş tutub.
Aksiya çərçivəsində ətraf mühitin mühafizəsi istiqamətində məsuliyyətliliyin təbliği ilə yanaşı iştirakçılarda komanda ruhunun inkişaf etdirilməsi məqsədi ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. Qalib komanda və onun iştirakçıları müvafiq diplomlarla təltif edilib. Aksiyanın yekununda iştirakçılar Batabat Astrofizika Rəsədxanasının fəaliyyəti və tədqiqat sahəsi ilə tanış olublar.
Digər xəbərlər