NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Naxçıvan Muxtar Respublikasında (MR) Heydər Əliyev su anbarına 200 min sazan balığının körpələri buraxılıb

...

Biomüxtəlifliyin qorunması, su hövzələrinin zənginləşdirilməsi, balıq populyasiyasının artırılması məqsədilə keçirilən tədbirdə Naxçıvan MR-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbər və işçi heyəti, eləcə də Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya, digər rəsmi şəxslər və ekokönüllülər iştirak edib.
Həmçinin Uzunoba su anbarına sazan balığının körpələri, eyni zamanda kəklik, turac və ördək quşları təbiətə buraxılıb.
 
Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev “Şərq qapısı” qəzetinə müsahibə verərək bildirib ki, bu gün muxtar respublika ərazisində reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində  40 kəklik, 15 turac və 2 ördək öz təbii areallarına qaytarıldı.
Nazir onu da qeyd edib ki, bu tədbirlərin keçirilməsi sayı azalan növlərin bərpasına, bioloji müxtəlifliyin qorunmasına, növlərin populyasiyalarının sabitləşməsinə töhfə vermək, bu sahədə dayanıqlı inkişafı dəstəkləmək məqsədi daşıyır.

Nəşr edilib : 05.10.2024 17:16