“Azərbaycan Respublikasının 2025–2028-ci illər üçü...
14:15 19.03.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata əsasən, mart ayının 19-da Naxçıvan şəhərində və muxtar respublikasının digər ərazilərində hava şəraitinin arabir yağmurlu olacağı və şimşək çağacağı, bəzi dağlıq yerlərdə isə qar (yaxud sulu qar) yağacağı və eyni zamanda duman olacağı ehtimal olunur.
Şərq küləyinin sürətinin saniyədə 5-10 metr arasında dəyişəcəyi, bəzi yerlərdə isə küləyin sürətinin 15-20 metrə qədər artacağı gözlənilir.
Havanın temperaturunun gecə 3-8°, gündüz isə 13-18° isti olacağı proqnozlaşdırılır.
Digər xəbərlər