NAXÇIVAN :

28 Aprel 2025, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasında aprelin 28-nə gözlənilən hava proqnozu

...

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata əsasən, aprel ayının 28-də Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi ərazilərdə arabir yağış yağacağı və şimşək çaxacağı, yüksək dağlıq ərazilərə isə dolu düşəcəyi ehtimal olunur.
Qərb küləyinin sürəti 9-14 m/s arasında dəyişəcəyi, bəzi ərazilərdə isə arabir güclənəcəyi proqnozlaşdırılır.
Havanın temperaturu gecə saatlarında 8-13° isti, gündüz isə 22-27° isti olacağı gözlənilir.

Nəşr edilib : 28.04.2025 12:27