NAXÇIVAN :

22 Aprel 2025, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikasında aprelin 22-nə gözlənilən hava proqnozu

...

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata əsasən, aprel ayının 22-də Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi bölgələrdə hava şəraitinin yağmurlu olacağı və şimşək çaxacağı, yüksək dağlıq bölgələrə isə qar və dolu düşəcəyi gözlənilir.

Qərb küləyinin sürəti 5-10 m/s arasında dəyişəcəyi, bəzi ərazilərdə isə arabir güclənəcəyi proqnozlaşdırılır.

Havanın temperaturu gecə saatlarında 5-10° isti, gündüz isə 21-26° isti olacağı ehtimal olunur.

Nəşr edilib : 22.04.2025 10:17