NAXÇIVAN :

24 Aprel 2025, Cümə axşamı

Naxçıvan Muxtar Respublikasında aprelin 21-nə olan hava proqnozu

...

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata əsasən, aprel ayının 21-də Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi ərazilərə yağış yağacağı və şimşək çaxacağı, yüksək dağlıq bölgələrə isə qar yağacağı gözlənilir.
Qərb küləyinin sürəti 7-12 m/s arasında dəyişəcəyi, bəzi ərazilərdə isə arabir güclənəcəyi ehtimal olunur.
Havanın temperaturu gecə saatlarında 3-8° isti, gündüz isə 18-23° isti olacağı proqnozlaşdırılır.

Nəşr edilib : 21.04.2025 11:09