NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Naxçıvan Muxtar Respublikası üzrə fevral ayının pensiya ödənişləri başa çatdırılıb

...

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən fevral ayının pensiya ödənişləri başa çatdırılıb. 
Prezident İlham Əliyevin 2026-cı il 9 fevral tarixli “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncamına uyğun olaraq 1 yanvar 2026-cı ilədək təyin edilmiş bütün növ pensiyalar ilin əvvəlindən 9,3 faiz indeksləşdirilərək artırılıb.
Fevral ayının pensiyaları da qeyd edilən artımlarla birgə ödənilib. Həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunub.   
Pensiyaçılar pensiyalarını plastik kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Nəşr edilib : 11.02.2026 11:22