NAXÇIVAN :

21 Aprel 2025, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində “ Kiber cinayətkarliq və ona qarşı mübarizə üsulları'' mövzusunda tədbir keçirilib

...

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi və Naxçıvan Dövlət Universitetinin aidiyyatı əməkdaşları ilə birgə  Təhsil Nazirliyində “Kiber cinayətkarliq və ona qarşı mübarizə üsulları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin şöbə rəisi Elşən Qəbulov giriş sözü ilə mövzunun əhəmiyyətdən  danışıb. 
Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Əli Qasımlı və Naxçıvan  Dövlət Universitetinin əməkdaşı Hüseyn Əsgərli mövzu ilə bağlı çıxış ediblər.
Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Nəşr edilib : 13.12.2024 17:49