NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin dəstəyi və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə "Səhiyyədə İnnovativ Yanaşmalar" adlı konfrans keçirilib

...

Tədbir Ümummilli Llider Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov Heydər Əliyev Fondunun rəhbəri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya səhiyyənin inkişafına göstərdiyi dəstəyə görə təşəkkür edib və gələcək əməkdaşlığın davam edəcəyini vurğulayıb.
Regional İnkişaf İctimai Birliyinin əməkdaşı Babək Tatlıyev səhiyyə sahəsində görülən işlərdən və konfransın həkimlərin bilik və bacarıqlarının artırılmasında əhəmiyyətindən bəhs edib.
Mərhəmətli Ürək Assosiasiyasının rəhbəri Nuranə Əliyeva regionlarda keçirilən səhiyyə aksiyalarının önəmini vurğulayıb, Məlhəm Beynəlxalq Hospitalının direktor müavini Ceyla Əhmədxanova isə iki gün davam edən aksiyalar barədə danışıb.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli Naxçıvanda səhiyyə sahəsində aparılan islahatların bölgənin səhiyyə infrastrukturuna müsbət təsirini qeyd edib.
Konfransın elmi hissəsində həkimlər “Arterial hipertenziyada ən son yeniliklər”, “Postpartum qanaxma”, “Ürək miksomaları”, “Onkologiyada ənənəvi müalicə üsulları”, “Parkinson xəstəliyinin cərrahi müalicəsi” və “Psixi sağlamlıq sistemində boşluqların aradan qaldırılması” mövzularında fikir mübadiləsi aparıblar.

Nəşr edilib : 18.10.2024 12:39