NAXÇIVAN :

24 Noyabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun kollektivi Zəfər abidəsini ziyarət edib

...

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsindəki tarixi Zəfərinin dördüncü ildönümü ölkəmizdə, eləcə də  Naxçıvan Muxtar Respublikasında böyük qürur və fəxarət hissi ilə qeyd olunur.
"Şərq qapısı" xəbər verir ki, noyabrın 7-də  "8 noyabr - Zəfər Günü" münasibətilə Naxçıvan Muxtar Respublikasının Prokuroru III dərəcəli dövlət ədliyyə müşaviri Sənan Paşayev və prokurorluğun kollektivi Naxçıvan şəhərində tarixi Qələbəmizi simvolizə edən Zəfər Abidəsi önünə gül dəstələri qoyub,  qəhrəman şəhidlərimizi yad edərək ehtiramlarını ifadə ediblər.

Sonda  Zəfər Abidəsinin önündə xatirə şəkli çəkdiriblər.

Nəşr edilib : 07.11.2024 18:52