Naxçıvan Muxtar Respublikasında 23 noyabra gözləni...
23:45 22.11.2024
0
0
0
Naxçıvan Muxtar Respublikası prokurorluğunun təşkilatçılığı ilə sentyabrın 30-da Naxçıvan Muxtar Respublikası prokurorluğunda Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və Hüquq fakültəsinin Hüquqşünaslıq ixtisasının tələbələri üçün "Açıq qapı" günü keçirilib.
Görüş çərçivəsində prokurorluğun əməkdaşları Faiq Səfərov, Qumral Yusifova və Elvin Hüseynov tələbələrə prokurorluğun fəaliyyət istiqamətləri üzrə məlumat verərək, onları maraqlandıran çoxsaylı sualları cavablandırıblar.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Kriminalistika və İnformasiya texnologiyaları şöbəsinin böyük məsləhətçisi Fərdi Vəliyev Elektron Prokurorluq İnformasiya Sistemi (EPİS) barədə tələbələrə ətraflı məlumat verib.
Sonra isə şərti hadisə yerinə baxış zamanı hadisə yerinin müayinə üsulları, hadisə yerində olan dəlillərin rəsmiləşdirilməsi, üzərində aşkar olunan əl-barmaq və digər izlərinin fiksasiya edilməsi, götürülməsi və rəsmiləşdirilməsi qaydası, həmçinin canlı şəxsin və meyitin əl-barmaq izlərinin götürülməsi əyani olaraq tələbələrə izah olunub.
Digər xəbərlər