NAXÇIVAN :

03 Dekabr 2024, Çərşənbə axşamı

“Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2018-ci il 19 iyul tarixli 131-V FR nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Fərmanı

...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini və 30-cu maddəsini rəhbər tutaraq, mədəniyyət sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. “Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2018-ci il 19 iyul tarixli 131-V FR nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3-cü hissədə  “52” rəqəmləri “54” rəqəmləri ilə, “24” rəqəmləri “26” rəqəmləri ilə əvəz edilsin;

1.2. həmin Fərmanla təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə” üzrə:

1.2.1. 5.4-cü bəndin birinci cümləsində “bir” sözü “iki” sözü ilə, ikinci cümləsində “müavinini” sözü “müavinlərini” sözü ilə əvəz edilsin;

1.2.2. 5.5-ci bənddə “müavini” sözü “müavinləri” sözü ilə, “ona” sözü “onlara” sözü ilə, “daşıyır” sözü “daşıyırlar” sözü ilə əvəz edilsin;

1.2.3. 5.6.2-ci yarımbənddə “müavinin” sözü “müavinlərinin” sözü ilə əvəz edilsin;

1.2.4. 5.8-ci bənddə “müavininə” sözü “müavinlərindən birinə” sözləri ilə əvəz edilsin;

1.2.5. 5.9-cu bənddə “müavinindən” sözü “müavinlərindən” sözü ilə əvəz edilsin.

2. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsinlər.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisi sədrinin müavini

ANAR İBRAHİMOV

Naxçıvan şəhəri, 18 sentyabr 2024-cü il

Nəşr edilib : 18.09.2024 17:39