Leyla Əliyeva Nayrobi tam orta məktəbində və tibb ...
18:30 21.12.2024
0
0
0
Sentyabrın 23-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Azərbaycan Ordusunun apardığı antiterror əməliyyatı zamanı şəhid olmuş Qasımov İbrahim Malikəjdər oğlunun atası Qasımov Malikəjdər İbrahim oğlunu, Vətən müharibəsi qazisi Hacıbəyli Sahil Nadir oğlunu və Məmmədzadə Rüfət Afət oğlunu qəbul edib. Qəbul zamanı şəhid atasının və qazilərin ayrı-ayrılıqda müraciətləri dinlənilib, sosial problemləri və qayğıları ilə maraqlanılıb. Şura sədrinin tapşırığı ilə şəhid atası Malikəjdər Qasımova sanatoriya yollayışı verilib, qazi Hacıbəyli Sahil və Məmmədzadə Rüfətə isə müvafiq məbləğdə maddi yardım köməkliyi göstərilib. Qəbulda olan şəhid atası və qazilər Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən onlara göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.
Digər xəbərlər