NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında vətəndaş qəbulu keçirilib

...

Sentyabrın 13-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev vətəndaş qəbulu keçirib. 
Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, xüsusilə Vətən müharibəsi iştirakçılarının, qazilərin və şəhid ailələrinin qayğılarına həssaslıqla yanaşılıb, müraciət olunan məsələlərin həlli istiqamətində tapşırıqlar verilib. Müraciətlərin əksəriyyəti yerindəcə həllini  tapıb. Şura sədri araşdırılma tələb edən müraciətlərin həll olunması ilə bağlı müvafiq göstərişlər verib. Qeyd edək ki, səsləndirilən müraciətlər maddi yardım, müayinə-müalicə, iş və əmək münasibətləri, sanotoriya yollayışları, habelə digər müxtəlif məsələlər ilə bağlı olub. Vətəndaşlar göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.

Nəşr edilib : 13.09.2024 14:22