Yeni həyata uğurlu başlanğıc: Torpaq çərşənbəsi...
23:53 17.03.2025
0
0
1
"Şərq qapısı" xəbər verir ki, “Duzdağ” hoteldə müqəddəs Ramazan ayı münasibətilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası aparatının, respublika, şəhər və rayon Birləşmiş Həmkarlar İttifaqı komitələrinin və eyni zamanda ilk təşkilatların nümayəndələri üçün iftar süfrəsi açılıb.
Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev, Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın sədri Əli Orucov iştirak ediblər. Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib. İftar süfrəsində çıxış edənlər on bir ayın sultanı olan Ramazanın fəzilətindən danışıb, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, xalqımıza, dövlətimizə sülh, əmin-amanlıq diləyiblər.
Digər xəbərlər