NAXÇIVAN :

28 Aprel 2025, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti qulluğa qəbulla bağlı açıq müsabiqə elan edir

...

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən kadr korpusunun şəffaf üsullarla yüksək ixtisaslı mütəxəssislər hesabına komplektləşdirilməsi məqsədi ilə kiçik və orta rəis heyətinə qulluğa qəbulla bağlı 5-15 may 2025-ci il tarixlərdə açıq müsabiqə elan edilir.

Vakant vəzifələr penitensiar müəssisələrdə kiçik rəis heyəti vəzifələri üçün ən azı tam orta təhsil tələb edən, orta rəis heyəti vəzifələri üçün hüquqşünaslıq, beynəlxalq münasibətlər, maliyyə-iqtisadiyyat, sosial iş, informasiya texnologiyaları üzrə ali təhsil tələb edilən vəzifələrdir.

Ədliyyə orqanlarında qulluq keçmə ilə bağlı qanunvericiliyin tələblərinə cavab verən Azərbaycan Respublikası vətəndaşları müsabiqəyə dəvət edilirlər.

Müsahibədə iştirak etmək istəyən şəxslər ərizə ilə yuxarıda qeyd edilən tarixlərdə  

Penitensiar xidmətin Naxçıvan şəhəri, İslam Səfərli küçəsi 1B ünvanında yerləşən inzibati binasında İnsan resursları şöbəsinə müraciət edə bilərlər.

Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 28.04.2025 16:16